“Bavariya” UEFA Çempionlar Liqasında 450 qol həddini keçib.
Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi ÇL-nin qrup mərhələsinin 5-ci turunda dünən “Benfika”nı məğlub etdiyi oyunda (5:1) buna nail olub.
Aryen Robbenin ikinci qolu “Bavariya”nın bu turnirdə 450-ci qolu kimi tarixə düşüb. Almanlar dünənki qələbə ilə ümumi qollarının sayını 453-ə çatdırıb.