Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas Fransanın PSG-nin Çempionlar Liqasından çıxarılmasını istəyib. 

Offsideplus.az "Equipe" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı funksioner Paris təmsilçisinin maliyyə "fair-play" qaydalarını pozduğunu iddia edib. 

"PSG futbolçularla müqavilələrin məbləğlərini artırıb. Əmimliklə deyə bilərəm ki, "Real Madrid" və "Barselona" Fransa təmsilçisindən UEFA-ya şikayət etməyimizi istəməyib. Biz Neymar PSG-yə keçməmişdən öncə bu təşəbbüsə başlamışdıq. Bu klub Avropada peşəkar futbolun sabitliyini təhlükə altına qoyur. Bu, bazar inflyasiyasını təhrik edir. Digər klubların onlarla mübarizə aparmaq üçün inanılmaz dərəcədə dəstəyə ehtiyacı olmalıdır. Bütün bunları böyük klubları müdafiə etmək üçün demirəm. UEFA tələblərinə riayət etməyənlər avrokuboklardan kənarlaşdırılmalıdır. Məncə, qurumu aldadan klublar turnirlərdə iştirak etməməlidir. Amma bunu reallaşdırmaq çətin olacaq. Çünki PSG-nin prezidenti Çempionlar Liqasının yayımçısı olan "BeİnSport' kanalına rəhbərlik edir". 

Qeyd edək ki, Xavyer Tebas daha öncə Avropanın bəzi futbol klublarını maliyyə fırıldağına yol verməkdəittiham edib. Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığındaİspaniya "Barselona"sından PSJ-yə keçib.