Real-ın futbolçusu Marselo Çempionlar Liqasında Çexiya təmsilçisi Viktorianı (2-1) məğlub etdikləri oyundan sonra maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu jurnalistlərin onları qısqandığını deyib:

“Qələbə qazana bilməyəndə, jurnalistlər bizi tənqid edir, problem yaradırlar. Bu hal məni çox sıxır. Jurnalistlər futbol oynamadıqları üçün bizi qısqanırlar. Oyunda ayağıma zərbə aldım, ancaq indi yaxşıyam. Matçın gedişatında hakimlər bunları görməlidir”.