Çempionlar Liqasının 7-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu həftə "Real Madrid"dən Vinisius, "Atletiko Madrid"dən Xulian Alvares, "Barselona"dan Rafinya və PSV-dən Luk de Yonq mübarizə aparırlar.
Hər bir namizəd 7-ci turda keçirilən matçlarda dubla imza atıb. Vinisius, "Zalsburq"u 5:1 hesabı ilə məğlub edərkən, Alvares "Bayer Leverkusen"i 2:1 hesabı ilə yendikdən sonra dubla imza atıb. Rafinya, "Benfika" ilə keçirilən 5:4 hesablı matçda 2 qol vurub, Luk de Yonq isə "Srvena Zvezda"nı 3:2 hesabı ilə məğlub edərkən iki dəfə rəqibin qapısını sındırıb.
Həftənin ən yaxşısı UEFA-nın rəsmi saytında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.