AFFA İntizam Komitəsi, Misli Premyer Liqasının 19-cu turunda keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, komitə, "Kəpəz"lə oyununda 5 futbolçusu sarı vərəqə alan "Turan Tovuz" klubunu 700 manat cərimələyib. Həmçinin, Tovuz təmsilçisinin azarkeşləri meydançaya kənar əşyalar atdıqları üçün kluba 800 manat daha əlavə cərimə tətbiq olunub.
Bundan əlavə, "Turan Tovuz"un azarkeşləri hakimlərə və rəqib komandaya qarşı təhqiramiz ifadələr işlətmişdilər. Bu hadisə mövsüm ərzində 3-cü dəfə baş verdiyi üçün klub 1000 manat cərimə edilib. Azarkeşlər həmçinin pirotexniki vasitələrdən istifadə ediblər, bu da klubun əlavə 1500 manat cərimələnməsinə səbəb olub.
"Neftçi" klubu isə "Sabah"la ev oyununda meydançaya kənar bir şəxsin daxil olması səbəbindən 800 manat cərimələnib.