UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində baş tutan “Bayern” – “Benfika” matçında faciəvi hadisə baş verib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Germany" məlumat yayıb.
Bildirilir ki, tribunada halı pisləşən bir almaniyalı azarkeş vəfat edib. Matçın 3-cü dəqiqəsində həkimlərin müdaxiləsindən sonra azarkeş xəstəxanaya yola salınıb. Ancaq o, yolda həyatını itirib.