Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda öz meydanında Çexiya "Sparta"sını 5:0 hesabı ilə yenən "Mançester Siti" qitənin ən prestijli turnirində yeni bir rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi, Çempionlar Liqasının tarixində ən uzun məğlubiyyətsizlik seriyasına malik olan klub statusunu əldə edib.

Oyunların yalnız 90 dəqiqəsi nəzərə alınaraq, "Mançester Siti" ardıcıl 26 görüşdə yenilgi yaşamayıb. Əvvəlki rekord isə digər İngiltərə nəhəngi "Mançester Yunayted"ə aiddir. "Qırmızı şeytanlar" Aleks Ferqyusonun rəhbərliyi altında ardıcıl 25 matçda məğlub olmamışdılar.