"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının yeni formatı haqqında düşüncələrini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı paylaşıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Hələ yalnız iki matç keçirmişik, ona görə də dəqiq bir şey demək tezdir. Amma yeni formatı bəyənib-bəyənmədiyimi soruşsanız, bəli, bəyənirəm. Bu, yalnız 6 xal toplamağımızla əlaqədardır! Gələcəkdə nə olacağını isə zaman göstərəcək. Liqa mərhələsi başa çatdıqdan sonra bu barədə daha ətraflı müzakirə edərik".