Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turundan sonra UEFA-nın saytı Atletico-nun futbolçusu Antuan Qrizmannın Çempionlar Liqasının tarixinə düşdüyünü bildirmişdi.
Fransız futbolçunun Brugge-yə vurduğu qol, ÇL tarixinin 8000-ci qolu olub.
Offsideplus.az xəbər verir ki, sonradan aparılan araşdırmalardan sonra məlum olub ki, yanlışlığa yol verilib. UEFA-nın məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, 8000-ci qolu Tottenham-in futbolçusu Erik Lamela vurub. UEFA yanlışlığa görə üzr istəyib.