"Qarabağ" klubu Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək "Dinamo" ilə cavab oyunundan öncə azarkeşlərə müraciət edib. 

Offsideplus.az xəbər verir ki,Ağdam təmsilçisi bəyanatında azarkeşlər üçün qapıların matçın start fitindən 2 saat əvvəl açılacağını açıqlayıb.

"Azarkeşlərimizin daha tez gəlib tribunalarda öz yerlərini tutması xahiş olunur. Yoxlama nöqtələrində sıxlığı azaltmaq, stadiona daha rahat daxil olmaq, komandamızı isinmə dəqiqələrindən dəstəkləmək üçün stadiona tələsin", klub bildirib.