“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”u məğlub edib -5:0.

Offsideplus.az xəbər verir ki, qələbə Azərbaycanın UEFA reytinqinə təsir edib. 

Belə ki, ölkəmizin aktivinə daha 0.250 xal əlavə olunub. 

Hazırda Azərbaycanın 18000 xalı var və 24-cü sıradadır. 23-cü sırada Rusiya (18.299) qərarlaşıb. 

Siyahıya isə İngiltərə (89,160)  başçılıq edir.