Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ" Cəbəllütariq klubu "Linkoln Red İmps"lə qarşılaşdı. 

Offsideplus.az xəbər verir ki, görüş 5:0 hesabı ilə "köhlən atlar"ın xeyrinə başa çatdı. 

Görüşdə "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:

* Oyunu izləyənlər arasında "Şaxtyor"un və "Sabah"ın sabiq üzvü Aleksey Kaşuk da var idi.

* Olavio Juninyo "Qarabağ"ın heyətində avrokuboklarda het-trik edən ilk futbolçu olaraq tarixə düşdü

* Matçın 49-cu dəqiqəsində Leandro Andrade hesabı 4:0 etsə də, VAR-ın müdaxiləsi ilə hakim qolu qeydə almadı. "Linkoln Red İmps"in müdafiəçisi İbrahim Ayu Con Serjantı sərt şəkildə danladı.

* Qarşılaşmada Ağdam təmsilçisi 17, "Linkoln Red İmps" isə 1 künc zərbəsi yerinə yetirdi. 

* Oyun bitən kimi "Qarabağ"ın qapıçısı Fabiyan Buntiç rəqibinin oyunçularına təşəkkür etdikdən sonra komanda yoldaşları ilə görüşdü.