Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Linkoln" matçından öncə qonaq komandanın baş məşqçisi Xavi Munoz mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis onları çətin oyun gözlədiyini deyib:

"Bakıya yenidən gəldiyim üçün şadam. Bizi Bakıda çətin oyun gözləyir. İlk matçda qeydə alınan nəticə bunu deməyə əsas verir. Sabah meydanda sona qədər vuruşacağıq. Ən azından özümüz haqda xoş təəssüratlar buraxmaq istəyirik. "Qarabağ" çox güclüdür. Sabah meydanda əzmkar olacağıq. Bunu görəcəksiniz".

"Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb