"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində "Linkoln"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, rəqibin futbolçusu Co Martines klubun rəsmi saytına açıqlamasında oyunun çətin keçəcəyini qeyd edib:

"Qarabağ" yaxından tanıdığımız komandadır. Ötən mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşmışdıq. "Qarabağ" yüksək səviyyəli komandadır. Onlar bizim işimizi çətinləşdir bilər. Rəqib topa daha çox sahib olmağa çalışacaq. Buna mane olmağa çalışacağıq".

"Linkoln" - "Qarabağ" matçı bu gün saat 20:00-da start götürəcək.