"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib

Offsideplus.az xəbər veror ki, Ağdam təmsilçisi səfərdə Cəbəllütariqin "Linkoln" komandası ilə qarşılaşıb.

Matç 20:00-da start götürüb. Oyunda ədaləti Macarıstandan olan hakimlər briqadası qoruyub

Bu mərhələnin cavab qarşılaşması 1 həftə sonra Bakıda baş tutacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi

23 iyul

20:00 Linkoln (Cəbəllütariq) – Qarabağ 0:2

Qol: Olavio Juninyo, 45+2 (0:1), Toral Bayramov, 75 (0:2).

Baş hakim: İştvan Vad (Macarıstan)