"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi üçün iştirak ərizəsi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.

Siyahıya 24 futbolçunun adı daxil edilib:

Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Fabiyan Buntiç, Sadiq Məmmədzadə

Müdafiəçilər: Mateus Silva, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüsyenov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina

Yarımmüdafiəçilər: Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Aleksey İsayev, Patrik Andrade

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Musa Qurbanlı, Nəriman Axundzadə

Xatırladaq ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də Cəbəllütariqdəki “Europa Point Stadium”da baş tutacaq.