"Barselona" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Napoli"ni məğlub edə bilməyib - 1:1.

Offsideplus.az xəbər verir ki, beləliklə, Kataloniya komandası Avropanın ən nüfuzlu klub turnirinin pley-off mərhələsində son 11 səfər matçından yalnız birində qalib gələ bilib.

Sonuncu dəfə Çempionlar Liqasının pley-off mərhələsində "Blauqrana" səfərdə "Mançester Yunayted"i məğlub edib. Bu, 2019-cu il aprelin 10-da turnirin 1/4 finalında baş verib - 1:0. Qalan 10 matçda kataloniyalılar “Atletiko” (0:2), PSJ (0:3), “Yuventus” (0:3), “Roma” (0:3) və “Liverpul” (0:4) kimi komandalara uduzub. “Barselona” həmçinin “Napoli” (1:1, 1:1), PSJ (1:1), “Çelsi” (1:1) və “Lion”la (0:0) heç-heçə edib.