"Mançester United"in baş məşqçisi Joze Mourinyo "Yanq Boyz"la oyundan sonra verdiyi açıqlamada oyunun süni meydançada keçirilməsindən gileylənib.

Goal.az xəbər verir ki, Mourinyo bu amilin futbolçuların zədələnməsinə səbəb olacağını qeyd edib:

"Oyundən əvvəlki məşqdən sonra futbolçuların bəziləri ağrıdan şikayətlənirdilər. İngiltərədə onlar məşqdə belə, təbii ot örtüklü meydançalardn istifadə edirlər. Təbii meydanda oynamaq daha gözəl futbola imkan yaradır. İndi oyun başa çatandan sonra onu deyə bilərəm ki, başa düşmürəm Çempionlar Liqası matçı süni meydançada necə keçirilə bilər?"

Xatırladaq ki, sözügedən qarşılaşma "Mançester Yunayted"in 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.