"Real Madrid"in prezidenti Fiorentino Perez baş məşqçi Lopoteqiyə Çempionlar Liqasını qazanmaq tapşırığı verib. "Kral klubu" cari mövsümdə ardıcıl dördüncü çempionluğu əldə etmək niyyətindədir.

Offsideplus.az "El Confidencial" nəşrinə istinadən xəbər verir ki, Perez Lopoteqi ilə bu barədə danışarkən şahidlərin qulağından qaçmayıb:

"Məqsəd "Vando Metropolitano"da qələbə qazanmaqdır - (ÇL finalı Atletico Madrid-in stadionunda keçiriləcək). Rəqib Barcelona olsa daha yaxşı olar" - Perez ironiya ilə deyib.

Klub prezidenti daha sonra ciddi şəkildə əlavə edib: "Çempionluğu o stadionda qazanmaq əla olacaq".