Bir müddət öncə 2025-ci ildən ərəb klublarının Çempionlar Liqasında iştirak etməsinin mümkünlüyü barədə xəbər yayılmışdı. 

 Offsideplus.az xəbər verir ki, UEFA-nın prezidenti Aleksander Çeferin yayılan məlumatlara münasibət bildirib. 

"Səudiyyə Ərəbistanı klublarının avrokuboklara qatılacağı məsələsini bir media qurumu bizdən soruşmadan yayımladı. Çempionlar, Avropa və ya Konfrans Liqalarına sadəcə Avropa klubları qatıla bilər. Səudiyyə Ərəbistanı klubları heç vaxt avrokuboklarda çıxış etməyəcək". 

Qeyd edək ki, daha öncə ərəblərin UEFA-ya müraciət edərək, Avropa futbol qurumundan 2025-ci ildən etibarən ölkə çempionu olmuş komandanın ÇL-də iştirakına icazə verilməsini istədikləri xəbərləri yayılmışdı.