Ərəb klubları 2025-ci ildən Çempionlar Liqasında iştirak edə bilər.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası UEFA-ya təklif göndərib. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. 

Ərəblər Avropa futbol qurumundan 2025-ci ildən etibarən ölkə çempionu olmuş komandanın ÇL-də iştirakına icazə verilməsini istəyiblər. 

Bunun sayəsində Səudiyyə Ərəbistanı Pro Liqası inkişaf etməklə yanaşı, futbol dünyasının Kristiano Ronaldo, Kərim Benzema, Neymar kimi ulduzların ÇL-də yenidən oynamasını görmək imkanı yaranır.