“Rakuv” klubunun futbolçusu Zoran Arseniç “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqda danışıb. 

Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bu sözləri deyib:

"Rəqibin birinci qolu qarşısıalınmaz oldu. Çünki hücumçuları başla gözəl zərbə vurdu. Bu, “Qarabağ”ın gücünün təsdiqi idi. Bundan sonra çətin anlar yaşadıq və fərdi səhvdən ikinci topu buraxdıq. “Qarabağ”ın ikinci qoluna əsəbiləşdim. Həmin epizodda daha diqqətli ola bilərdik. Buna baxmayaraq, özümüzdə güc taparaq qələbə qolunu vura bildik”.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.