UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları arasında ən çox azarkeş toplayan matçlar açıqlanıb.
Offsideplus.az xəbər verir ki, 15 cavab görüşünü ümumilikdə 106 358 tamaşaçı izləyib.
“Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta) (2:1) qarşılaşmasını 28 613 nəfər stadiondan izləyib ki, bu da ən yüsək nəticədir.
2-ci yerdə "Qarabağ" - "Linkoln" (Cəbəllütariq) matçıdır (4:0). Bakı Olimpiya Stadionundakı görüşdə tribunalarda 19 453 nəfər olub.
Xatırladaq ki, "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Polşa "Rakuv"udur. İlk görüş iyulun 26-da səfərdə, cavab qarşılaşması bir həftə sonra evdə olacaq.