İyulun 26-da UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi üzrə Polşada keçiriləcək "Rakuv" - "Qarabağ" matçının hakim təyinatları bəlli olub.
Offsideplus.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:15-də başlayacaq matç İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Enri və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, cavab matçı avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.