"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsində cavab oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matç Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Qarabağ" "Linkoln"u ümumilikdə 6:1 hesabı ilə üstələyərək 2-ci təsnifat mərhələsinə adlayıb.
"Qarabağ" 2-ci təsnifat mərhələsində Polşa "Rakuv"u ilə qarşılaşacaq.
Qeyd edək ki, ÇL-də 2-ci təsnifat mərhələsinin oyunları 25-26 iyul və 1-2 avqust tarixlərində keçiriləcək.
19 iyul
UEFA Çempionlar Liqası, I təsnifat mərhələsi
Cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq) 4:0
Qol: Abdullah Zubir, 7, Bəhlul Mustafazadə, 45+1, Redon Cica, 49, Marko Yankoviç, 62
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu.