"Qarabağ" komandası bu gün Bakı Olimpiya Stadionunda məşq keçirib.
Offsideplus.az xəbər verir ki, Cəbəllütariq "Linkoln"una qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa hazırlaşan Ağdam təmsilçisinin son durumu bəlli olub. Klubdan saytımıza verilən açıqlamada komandanın vəziyyətinin yaxşı olduğu bildirilib:
"Hazırlıq davam edir. Komandamız bu gün Bakı Olimpiya Stadionunda məşq etdi. İtkimiz yoxdur. Sabah son məşq baş tutacaq".
Qeyd edək ki, "Qarabağ" - "Linkoln" matçı Bakı Olimpiya Stadionunda iyulun 19-u saat 20:00-da başlayacaq. İlk matçda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.
Offsideplus.az