2023/2024 mövsümü üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" bu gün mübarizəyə başlayıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Cəbəllütariqin "Linkoln" komandası ilə üz-üzə gəlib. Oyunda hesabı meydan sahibləri açsa da, "Qarabağ" 2:1 hesablı əzmkar qələbə qazanıb. Qələbə qolunu 90+4-cü dəqiqədə "Qarabağ"ın yeni transferi Yassin Benzia vurub.
11 iyul
UEFA Çempionlar Liqası, I təsnifat mərhələsi
19:30. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan) 1:2
Qol: Kike Qomes, 25, Redon Cica, 59, Yassin Benzia, 90+4
Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs Anufriyevs (hamısı Latviya)
"Viktoriya" stadionu.