UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln" hücum xəttinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Mandi Sosa klubun heyətinə cəlb olunub. 34 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
İspaniyada "Elçe", "Almeriya" kimi klublarda oynamış Mandi 2010-2012-ci illərdə "Real"ın "B" komandasında çıxış edib.