İngiltərə mətbuatı Türkiyədəki seçkilərə görə ölkədə qeyri-sabit durum yaransa, UEFA-nın Çempionlar Liqası finalını başqa ölkəyə verə biləcəyi ilə bağlı məlumat yayıb.
Offsideplus.az xəbər verir ki, bu məsələ ilə bağlı UEFA-dan açıqlama gəlib. Qurum finalın planlaşdırıldığı kimi Türkiyədə keçiriləcəyini açıqlayıb:
"2023 UEFA Çempionlar Liqasının finalı planlaşdırıldığı kimi 10 iyun 2023-cü ildə İstanbulda oynanılacaq. UEFA-nın heç bir siyasi qurum, hökümət və ya beynəlxalq futbol federasiyası ilə əks yöndə bir görüşü baş tutmayıb".
Qeyd edək ki, Türkiyədə seçki günü 14 may, ÇL-nin final matçı isə 10 iyun tarixindədir.
UEFA 2019/2020 və 2020/2021 mövsümlərində İstanbulda baş tutması planlaşdırılan final matçılarının məkanını dəyişdirmişdi.