Yaya Turenin agenti Dmitri Seluk deyib ki, Afrika şamanları Pep Qvardiolanın Çempionlar Liqası lənətini üzərindən qaldırıblar.
Offsideplus.az xəbər verir ki, Dmitri 2018-ci ildə verdiyi açıqlamaya aydınlıq gətirib:
"Bu məsələ ilə bağlı üzr istəmək istəyirəm. Məncə, bu ədavətin aradan qalxmasının zamanı gəlib, Yaya da "Mançester Siti"nin uğurunu istəyir. Şamanların lənəti geri çəkdiklərini açıqlayıram. "Siti" Qvardiolanın rəhbərliyi altında ÇL qazana bilər. Bu il alınmasa da, gələn il alınacaq".
Qeyd edək ki, Seluk 2018-ci ildə bu açıqlamanı vermişdi:
"Əminəm ki, Afrika şamanları Qvardiolanın gələcəkdə Çempionlar Liqasını qazanmasına imkan verməyəcək. Bu Qvardiola üçün Afrika lənəti kimi olacaq. Doğru dediyimi zaman göstərəcək".