Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək "Real" - "Mançester Siti" ilk görüşü üçün hakim təyinatları açıqlanıb.

Offsideplus.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Portuqaliya Futbol Federasiyasından Artur Soareş Dias idarə edəcək. Ona yan xətdə Paulu Soareş, Pedri Ribeyru kömək edəcək. Matçın dördüncü hakimi isə Daniele Orsato olacaq. 

Qeyd edək ki, sabah baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.