UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la oyunundan sonra istirahətə buraxılan BATE bu gün yenidən toplanıb.
Offsideplus.az xəbər verir ki, Belarus təmsilçisi baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında cavab matçının hazırlıqlarına start verib.
Qeyd edək ki, BATE - "Qarabağ" oyunu avqustun 14-də "Borisov Arena"da keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk oyunda Belarus klubu 1:0 hesablı qələbə qazanıb.