Çempionlar Liqasında "Çelsi"ni mübarizədən kənarlaşdıran "Mançester Siti" yarımfinalda "Real Madrid"lə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola "Kral klubu" ilə oyunlar barədə açıqlama verib:

"Məncə, dünyadakı bütün klublar Çempionlar Liqasını qazanmaq istəyirlərsə, "Real Madrid"i məğlub etməli olduqlarını hiss edirlər".

Qeyd edək ki, komandalar arasında oyunlar 9 və 17 mayda baş tutacaq.