“Qarabağ” ciddi itki ilə üzləşib.
Offsideplus.az qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Dani Kintana sıradan çıxıb.
İspaniyalı yarımmüdafiəçi ötən gün keçirilən məşq zamanı zədələnib. Bu səbəbdən o, hazırda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə keçirilən görüşü buraxıb.
Qeyd edək ki, Kintana Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Olimpiya” ilə cavab oyununda da zədələnmişdi. O, ÇL-in 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə ilk oyununu da buraxmışdı.