UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq BATE oyunun hazırlıqlarına başlayıb.
Offsideplus.az xəbər verir ki, Dudinkadakı bazada keçirilən məşqdə zədəsini sağaldan müdafiəçisi Nemanya Milunoviç də iştirak edib.
Qeyd edək ki, "Qarabağ"ın BATE ilə ilk oyunu avqustun 7-də Bakıda, cavab qarşılaşması isə avqustun 14-də Borisovda olacaq.