UEFA Çempionlar Liqasının 1/8 finalında "Real"a 0:1 (İlk oyun 2:5) hesabı ilə uduzan "Liverpul" mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, Yürqen Kloppun rəhbərliyi altında "qırmızılar" 6 dəfə İspaniya klubları tərəfindən qitənin ali futbol turnirindən kənarlaşdırılıb. Komanda "Sevilya"ya və "Atletiko Madrid"ə 1, "Real Madrid"ə isə 4 dəfə uduzub. 

Bundan əlavə, ümumi 2:6 hesabı ilə "Kral klubu"na uduzan "Liverpul" ÇL-də ən ağır məğlubiyyətini yaşayıb.