Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək 3 matça hakim təyinatları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, görüşləri adları aşağıda qeyd olunan hakimlər idarə edəcək: 

7 mart

00:00 "Çelsi" - "Borussiya" (Dortmund) (ilk oyun - 0:1 )

Hakimlər: Denni Makkeli, Rocier Honiq, Yan de Vrays, Yoxem Kampuis (Niderland)

00:00 "Benfika" - "Brügge" (ilk oyun - 2:0 )

Hakimlər: Halil Umut Meler, Mustafa Emre Eyisoy, Cevdet Kömürcüoğlu, Abdulkadir Bitigen (Türkiyə)

8 mart

00:00. "Bavariya" - PSJ (ilk oyun - 1:0)

Hakimlər: Daniele Orsato, Çiro Karbone, Alessandro Yallatini, Mauritsio Mariani (İtaliya).