Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün "Qarabağ"la cavab görüşünə çıxacaq "Kukesi" Bakıya futbolçularından birini gətirə bilməyib.
Offsideplus.az xəbər verir ki, Albaniya klubunun kosovolu qapıçısı Faton Malokuna Azərbaycana gəlmək üçün viza verilməyib. Buna səbəb isə Azərbaycanın Kosovonun müstəqilliyini tanımamasıdır. Onun əvəzinə gənc qolkiper Yetmir Başa Bakıya gətirlib.
"Kukesi"nin digər kosovolu futbolçuları - Donjet Şkodra və Besar Musolli isə Azərbaycana sonradan gəliblər. Şkodranın Belçika, Musolli isə həm də Albaniya vətəndaşlığı daşıyırlar.
Qeyd edək ki, Faton Malokun bu mövsüm avrokubok matçlarında qapını qorumayıb.