Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Kukesi"nin prezidenti Safet Qiçi bu mərhələni uğurla adlayacaqları halda futbolçulara rekord mükafat vəd edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb. Qiçi "Kukesi"nin III mərhələyə yüksələcəyi halda, komanda üzvlərinə 150 min avroluq mükafat verəcəyini futbolçulara deyib.

"Kukesi" "Valetta" səddini aşdığı üçün 100 min avroluq mükafat almışdı.

Qeyd edək ki, "Qarabağ" - "Kukesi" matçı bu gün saat 21:00-da baş tutacaq. Cütün ilk oyununda hesab açılmayıb.