Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edəcək. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olub.
Mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalıdır. İstənilən qollu heç-heçə rəqibə sərf edir.
“Qarabağ” üçüncü mərhələyə yüksəlsə, HİK - BATE cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu komandalar arasında da ilk görüşdə hesab açılmayıb.