“Oyuna hazırlıq zamanı qapının təhlükəsizliyi üzərində çox çalışdıq. Ancaq təkcə müdafiə olunmayacağıq. İlk görüşdə istədiyimizi aldıq. Çünki rəqib qol vura bilmədi".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Kukesi"nin futbolçusu Besar Musolli Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi yerli mətbuata açıqlamasında deyib.

 O, təzyiqin rəqibin üzərində olacağını bildirib: "Çünki onlar qələbə qazanmağa çalışacaqlar. Biz eyni formada çıxış edəcəyik. Üstünlük əldə etmək üçün qol vurmağa çalışacağıq. Ümid edirəm ki, buna nail olacağıq".

 

Qeyd edək ki,  “Qarabağ” – “Kukesi”  oyunu sabah saat 21:00-da başlayacaq.(Qol.az)