UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi üzrə ilk oyunlara bu gün yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

Hər iki qarşılaşma 00:00-da start götürüb.

"Mançester Siti" səfərdə "Layptsiq"in qonağı olub. "İnter" isə öz meydanında "Portu"nu qəbul edib. Almaniyadakı oyunda heç-heçə qeydə alınıbsa, İtaliyadakı matçda meydan sahibləri qələbə qazanıblar.

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransa PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.

22 fevral

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi