"Açığını desəm, “Qarabağ”la “Olimpiya” arasındakı oyunu izləmədim. Çünki həmin axşam ailə yeməyində idik".

Offsideplus.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Kukesi” klubunun baş məşqçisi Armando Kunqu deyib. Albaniya mətbuatına danışan mütəxəssis rəqibin kimliyinin önəmli olmadığını bildirib:

 “Mən internetdə saytlara girib, bu oyunların hansı telekanallarda yayımlandığını tapmaq barəsində elə də yaxşı deyiləm. Amma klub oyunun videoyazısını hazırlayıb, hamımız birlikdə izləyəcəyik. Mənim üçün rəqibin kimliyi önəmli deyil.Çünki irəliyə getdikcə vəziyyət çətinləşir, daha güclü komandalarla qarşılaşırsan. Dünənki oyun da göstərdi ki, “Qarabağ” və “Olimpiya” demək olar ki, bərabər səviyyəli komandalardır”.

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada keçiriləcək. Cavab matçı isə avqustun 1-də Bakıda olacaq. Hər iki görüşün başlama saatı 21:00-dır.(qol.az)