UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turundan sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Offsideplus.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Tottenhem"in futbolçusu Son Hın-Min layiq görülüb. 30 yaşlı hücumçu dünən "Ayntraxt"a qarşı matçın (3:2) 20 və 36-cı dəqiqələrində fərqlənib.
Cənubi koreyalı futbolçunun 36-cı dəqiqədə vurduğu qol həftənin ən yaxşısı seçilib.