UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu, "Mançester Siti"nin futbolçusu Kevin de Brüyne olub. 31 yaşlı yarımmüdafiəçi "Bavariya"dan Camal Musiala, PSJ-dən Kilian Mbappe və "Brügge"dən Ferran Hutqlanı qabaqlayıb.
Qeyd edək ki, De Brüyne ötən gecə "Borussiya" (Dortmund) ilə görüşdə (2:1) məhsuldar ötürmə ilə yadda qalıb.