Çexiyanın “Viktoriya” (Plzen) klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün bu gün Bakıya yola düşüb.
Offsideplus.az Plzen təmsilçisinin saytına istinadən xəbər verir ki, komanda Azərbaycana 23 futbolçu ilə gəlir. Heyətdə 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.
Qapıçılar: Marian Tvrdon, Martin Yedliçka, Yindirjix Stanek;
Müdafiəçilər: Lukaş Heyda, Muhamed Ticani, Ludek Pernitsa, Vatslav Yemelka, Milan Havel, Filip Çiqak, Libor Holik;
Yarımmüdafiəçilər: Vatslav Pilarj, Yan Sikora, Yan Kopiç, Con Moskera, Pavel Buxa, Kadu, Lukaş Kalvax, Aleş Çermak, Erik Yirka, Modu Ndiaye;
Hücumçular: Yan Kliment, Tomaş Çorı, Rene Dediç.
Qeyd edək ki, sabah baş tutacaq oyun saat 20:45-də başlayacaq.