UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya"nın Çexiya çempionatındakı oyunu təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, Plzen təmsilçisi yerli futbol liqasına müraciət edərək 4-cü turda avqustun 20-də "Zbroyovka" ilə oynanılmalı olan matçın keçirilməsi başqa vaxta təyin olunub.

Qeyd edək ki, "Viktoriya"nın "Qarabağ"la ilk oyunu avqustun 17-də Bakıda, cavab matçı isə avqustun 23-də Plzendə keçiriləcək.