"Sürix"in futbolçusu Beçir Omeraqiç İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu buraxacaq.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı müdafiəçi zədə səbəbindən bu gün meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bu gün "Letsiqrund" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk görüşdə Ağdam təmsilçisi 3:2 hesabıyla qələbə qazanıb.