"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi İsveçrədə “Sürix”lə üz-üzə gəlir. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Bu komandalar arasında ötən həftə Bakıda keçirilən ilk matçda "Qarabağ" rəqibinə 3:2 hesabı ilə qalib gəlib.
Bu cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün zəifi ilə görüşəcək.
27 iyul
21:00. "Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) 2:2
Qol: Markesano, 4, Kadi, 50, Santini, 90+5, Ovusu, 98
Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland)
Sürix, "Letsiqrund" stadionu.
İlk matç - 2:3