“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix” ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, İsveçrə klubunun yarımmüdafiəçisi Blerim Dzemaili zədələnib. Bu məlumatı komandanın baş məşqçisi Franko Foda verib. Mütəxəssis bildirib ki, futbolçu ölkə çempionatının 2-ci turunda “Lütsern”lə görüşdə ayağından xəsarət alıb:
“Dzemaili oyundan sonra mənə əzələsində ağrılarının olduğunu dedi. Onun “Qarabağ”la cavab oyununda meydana çıxması sual altındadı. Vəziyyətinin nə dərəcədə ciddi olduğunu tibbi müayinədən sonra görəcəyik”.